Haqqımızda

Coders Education

Karyerasını dəyişmək istəyən fərdlər üçün intensiv tədris fəaliyyəti göstərən tədris mərkəzidir.

Coders Education

Müəssisə 2015-ci ildə bu sahəyə yeniliklər gətirmək üçün fəaliyyətə başlamış və 2017-ci ildən İT sahəsinə ixtisaslı kadrlar qazandırmaq məqsədilə veb proqramlaşdırma mərkəzi olaraq fəaliyyətini davam etdirir.

Coders Education

İntensiv tədrislə yanaşı Coders Azerbaijan proqramçı kimi düşünmək və təşəbbüskarlıq qabiliyyətini də formalaşdırır ki, bu günümüzdə və gələcəkdə ən çox tələb olunan bacarıqlardır.

Coders Education

Fərqliliyimiz

Müəllim Heyəti – Mərkəzimizdə tədris edən müəllimlər tədris etdiyi ixtisas üzrə minimum 3 il və minimum 1 il pedaqoji təcrübəyə malik şəxslərdir.

Tədris Proqramı – Tədris olunan proqramlar birbaşa sənayenin tələblərinə uyğun qurulmaqla yanaşı beynəlxalq sertifikasiyaya əsaslanır.

Tədris Modeli – İntensiv tədrislə yanaşı əlavə dərslərin də keçirildiyi proqramlar ixtisaslı kadr kimi formalaşmağınızın təminatıdır.

Karyera imkanı – İş sektoru ilə sıx əlaqədə olan mərkəzimiz məzunların yönləndirilməsində və inkişafında xüsusi rol alır.

Partnyor və dəstəkçilər

Partnyorlarımız, müvəffəqiyyətli məzunlarımızı iş, yeni layihə və startup`ların dəstəklənməsi, Türkiyə, ABŞ və s. kimi qabaqcıl ölkələrdə təhsil ilə təmin etməyə hər zaman hazırdırlar.

Tələbə Həyatı

 Təşkil olunan sosial fəaliyyətlər tələbələrin birgə işləmə bacarıqlarını və əhatələrini genişləndirir. Bu fəaliyyətlər tələbələrdə birliyin və komanda ruhunun formalaşmasında da əvəzsiz rol oynayır

Karyera imkanı

Coders Azərbaycan yetişdirdiyi proqramçılara intensiv tədrislə yanaşı sosial fəaliyyətlər də təşkil edib onlarda olan komanda ruhunun formalaşmasında xüsusi rol oynayır. Zəngin karyera imkanları ilə daima inkişafda olan müəssisə tələbələri konsultasiya edərək istiqamət göstərib onlarla daima əlaqədə olur və istədikləri mövqeyə sahib olanadək dəstəyini mütamadi olaraq göstərir.