Cyber Security

Həyatımızın bir parçasına çevrilmiş texnologiyaya qarşı asılılığımız günü gündən artır və elə bu səbəbdən, biz Kiber Təhlükəsizliyin əhəmiyyətini göz ardı edə bilmərik. Kiber təhlükəsizlik sistemlərin, şəbəkələrin və proqramların rəqəmsal hücumlardan qorunmasıdır. Bu kiberhücumlar məlumatları əldə etmək, dəyişdirmək və ya məhv etmək məqsədi daşıyır. Kiber təhlükəsizlik analitiki interneti hər kəs üçün daha təhlükəsiz edir.

Coders Azerbaijan front end

Əsas iş sahələri

Kimlər müraciət edə bilər?

Analitik və diaqnostik bacarıqları olan və kodlaşdırmaya marağı olan hər kəs proqrama qoşula bilər. Bunun üçün sizdən xüsusi təhsil göstəricisi deyil, komandada işləmə bacarığı və detallara diqqət tələb olunur.

Tədris müddəti

4 Ay

Praktiki saatlar

144

Texniki İngilis dili

+

Qəbul prosesi

Sıfırdan

Modullar

5

Gündəlik işləmə imkanı

+

Akademik saatlar

128

Proyekt sayı

3

Konsultasiya dəstəyi

+

Coders Bootcamp

Həftə içi 5 gün, hər dərs 3 saat olmaqla nəzəri və praktiki keçirilən dərslərə qatılaraq yeni bir ixtisasa yiyələnmiş olacaqsınız. Bundan əlavə həftə sonları mərkəzimizdə əlavə dərslərə qatılaraq həftə ərzində olan boşluqlarınızı tamamlaya bilərsiniz. Hər modulun sonunda ay ərzində öyrəndiklərinizi praktiki tətbiq edəcəksiniz. Bu layihələr sizin karyeranızda böyük rol oynayan şəxsi portfolionuzda yer alacaq. Proqramın sonunda siz, geniş portfolioya sahib olan təcrübəli mütəxəssis olacaqsınız.\

Tədris Proqramı

  • Başlanğıc
  • Modul 1
  • Modul 2
  • Modul 3
  • Modul 4
  • Modul 5

Sizin proqrama ilk addımınız ödənişsiz karyera yönümlü konsultasiya ilə başlayacaq. Hansı ki, bu konsultasiya ilə siz təməl biliklərə yiyələnmiş olacaqsınız. Proqram menecerlərimiz proqram müddətində daima karyera bələdçisiniz olaraq peşəkar inkişaf yolunuzun hər addımında sizinlə birgə çalışacaqlar.

Windows və Linux əməliyyat sistemində əməliyyatların icra edilməsi üçün qrafiki interfeysin və shell skriptinin istifadə edilməsi.

Linux əməliyyat sistemi yüklənmiş komputerin adminstrasiyası, konfiqurasiyası və yenilənməsinin təmin edilməsi.

 

Linux əməliyyat sistemi yüklənmiş kompüterlər arasındakı şəbəkəni layihələndirilməsi, istifadəyə verilməsi, baxımının təmin edilməsi.

Verilənlərin şifrələnməsi, təhlükəsizliyinin təmini, risklərin idarəsi, müxtəlif təhlükələrin aradan qaldırılması və hücumların qarşısının alınması. Linux əməliyyat sistemində təhlükəsizliyin təmin edilməsi.

Təşkilatların təhlükəsizliyinin təmini üçün şəbəkə komponentlərinin qurulması, konfiqurasiyası edilməsi və istifadəyə verilməsi. Baş verə biləcək təhlükələrin aşkarlanması, risklərin idarə edilməsi. Kompüter sistemləri və şəbəkələrinin kiber hücumlardan qorunması üçün mövcud metodların və sistemə nəzarət mexanizmlərinin tətbiqi. Mövcud verilənlərin analiz edilərək təhlükələrin, risklərin və zəifliklərin aşkar edilməsi.

Keyfiyyətli təhsil

Karyera imkanı

Əmək bazarı ilə sıx əlaqədə olan müəssisəmiz tələbələri konsultasiya edərək onlarla ünsiyyətdə olur və istədikləri mövqeyə sahib olanadək mütamadi olaraq dəstəyini göstərir.