Mobile App

Günümüzdə mobil tətbiqetmələr gündəlik həyatımızın ayrılmaz bir hissəsinə çevrilib, elə ona görə də, bu tətbiqlər olmadan gündəlik həyatımızın rahat irəlilədiyini təsəvvür edə bilmək mümkün deyil. Mobile proqramlaşdırma, qısaca mobil cihazlar üçün mobil tətbiqetmənin hazırlanmasıdır. Mobil proqramçılar smartfonlarda görünən sağlamlıq, oyun, iş, məhsuldarlıq və s. kimi sahələrdə tətbiqetmələri dizayn edir, məzmunu hazırlayır və istifadəçilərə təqdim edirlər. React Native, açıq mənbə mobil tətbiq çərçivəsidir, proqramçılara yerli platforma ilə birlikdə React-in çərçivəsini istifadə edərək Android, Android TV, iOS, macOS, tvOS, Web, Windows və UWP üçün tətbiqlər hazırlamaq üçün istifadə olunur.

Coders Azerbaijan front end

Əsas iş sahələri

Kimlər müraciət edə bilər?

Veb proqramlaşdırma haqqında müəyyən biliyi və dizayna marağı olan, kreativ düşüncəli namizədlər proqrama qoşula bilər. Maraqlı layihələr və möhkəm inkişaf potensialı təklif edən bir karyera yolu axtarırsınızsa, mobile developer olmaq əla seçimdir. Bunun üçün sizdən xüsusi təhsil göstəricisi deyil, analitik düşüncə tələb olunur

Tədris müddəti

3 Ay

Praktiki saatlar

108

Texniki İngilis dili

+

Qəbul prosesi

Sıfırdan

Modullar

4

Gündəlik işləmə imkanı

+

Akademik saatlar

96

Proyekt sayı

2

Konsultasiya dəstəyi

+

Coders Bootcamp

Həftə içi 5 gün, hər dərs 3 saat olmaqla nəzəri və praktiki keçirilən dərslərə qatılaraq yeni bir ixtisasa yiyələnmiş olacaqsınız. Bundan əlavə həftə sonları mərkəzimizdə əlavə dərslərə qatılaraq həftə ərzində olan boşluqlarınızı tamamlaya bilərsiniz. Hər modulun sonunda ay ərzində öyrəndiklərinizi praktiki tətbiq edəcəksiniz. Bu layihələr sizin karyeranızda böyük rol oynayan şəxsi portfolionuzda yer alacaq. Proqramın sonunda siz, geniş portfolioya sahib olan təcrübəli mütəxəssis olacaqsınız.

Tədris Proqramı

  • Başlanğıc
  • Modul 1
  • Modul 2
  • Modul 3
  • Modul 4

Sizin proqrama ilk addımınız ödənişsiz karyera yönümlü konsultasiya ilə başlayacaq. Hansı ki, bu konsultasiya ilə siz təməl biliklərə yiyələnmiş olacaqsınız. Proqram menecerlərimiz proqram müddətində daima karyera bələdçisiniz olaraq peşəkar inkişaf yolunuzun hər addımında sizinlə birgə çalışacaqlar.

Ay sonu verilmiş nümunə əsasında Web səhifəsinin dizayn edilməsi və təqdimat nümayiş etdirilməsi.

JavaScript funksiyalarından istifadə edərək Dinamik Web səhifəsinin yığılması və nümayiş etdirilməsi.

React JS texnologiyasının tətbiqi ilə müasir Web səhifələrinin istifadəyə uyğun şəkildə yığılması.

React native texnologiyası ilə verilmiş nümunənin mobil versiyasının yığılması və nümayiş etdirilməsi.

Keyfiyyətli təhsil

Karyera imkanı

Əmək bazarı ilə sıx əlaqədə olan müəssisəmiz tələbələri konsultasiya edərək onlarla ünsiyyətdə olur və istədikləri mövqeyə sahib olanadək mütamadi olaraq dəstəyini göstərir.