Xəbərlər / Graduation Day - Kiber Təhlükəsizlik Və Data Science Qrupları
4 aylıq “Kiber təhlükəsizlik” və 5 aylıq “Data science” bootcamp-larını bitirən tələbələrimizin məzun günü baş tutdu. Hər iki bootcamp-da iştirak edən tələbələrimiz həm fərdi, həm də qrup işlərini müvəffəqiyyətlə təqdim etdi. Məzun günündə “Data science” tələbələri layihələrini fərdi, “Kiber təhlükəsizlik” tələbələri qrup işi olaraq təqdim etdi. Sonda gənc koderlər rəsmi sertifikatlarla mükafatlandırıldı. Coders olaraq hər bir bootcamp iştirakçısına gələcək həyatında uğurlar arzu edirik!