×

Müraciət forması

← Geri

“Bugün və Gələcək - Texnologiya və Kodlaşdırma” adlı onlayn summit keçirildi

July 31, 2022

Xəbərlər / “Bugün Və Gələcək - Texnologiya Və Kodlaşdırma” Adlı Onlayn Summit Keçirildi

Özyeğin Universitetinin “Girişim Fabrikası”, “Coders Azerbaijan” və “Yeni Fikir”in birgə təşkilatşılığı ilə virtual summit baş tutdu. Özyeğin Universitetinin Girişim Fabrikası, Coders Azerbaijan və Yeni Fikir təşkilatlarının birgə proqramı olan “Bugün və Gələcək - Texnologiya və Kodlaşdırma” layihəsi çərçivəsində virtual summit keçirilib. Summitdə Özyeğin Universitetinin Texnologiya Transfer ofisinin direktoru, assistant professor İsmayıl Arı, dekan müavini Okan Örsan Özener, asistant professor Mehmet Parlak, asistant professor Erinç Albey Rəqəmsal transformasiya, Python ilə data elmi, Blokçeyn, Bulud hesablama haqqında ətraflı məlumat verib. Qeyd edək ki, professor İsmayıl Arı bakalavr dərəcəsini elektrik və elektronik mühəndisliyi ixtitası üzrə Boğaziçi universitetində, magistr dərəcəsini komputer mühəndisliyi ixtisası üzrə University of Maryland universitetində, doktorantura dərəcəsini isə komputer mühəndisliyi ixtisası üzrə University of Californiyada tamamlamışdır. Dekan müavini Okan Örsan Özener bakalavr və magistr dərəcəsini sənayə mühəndisliyi ixtisası üzrə ODTÜ universitetində, doktorantura dərəcəsini isə sənaye və sistem mühəndisliyi üzrə Georgia Texnologiya Universitetində tamamlamışdır. Asistant professor Mehmet Parlak isə bakalavr dərəcəsini elektrik-elektronika mühəndisliyi ODTÜ universitetində, magistr və ardından doktorantura dərəcəsini dərəcəsini elektrik və kompüter mühəndisliyi üzrə San Diego universitetində, tamamlamışdır. Asistant professor Erinç Albey bakalavr, magistr və doktorantura dərəcəsini sənayə mühəndisliyi ixtisası üzrə Boğaziçi universitetində tamamlamışdır. Summitin moderatorları isə “Yeni Fikir”in qurucusu dosent professor İsa Qasımov və “Coders Azerbaijan”ın həmtəsisçisi və idarə heyətinin üzvü Seymur Həmidov idi. Pproqramda seçilən mövzuların nəzəri-praktiki məslələri, bu sahələrin yeni bazar tendensiyalarında yeri,eləcə də qlobal bazarda uğur qazanmış şirkət nümunələrində texnologiyaların kommersiyalaşdırılması üsullarına dair zəruri məlumatlar məruzə və müzakirə edildi. Virtual summitdə ali təhsil müəssisələri, dövlət və özəl sektorun 150-yə yaxın nümayəndələri iştirak etdi. Sammitin sonunda Azərbaycanda müvafiq sahədə həyata keçirilən işlər və mövcud problemlər barədə ətraflı fikir mübadiləsi aparıldı və iştirakçıların, çoxsaylı suallar cavablandırıdı.

Ən son xəbərlər